Şüşə Məhəccər


Estetik gözəllik
Məkanın estetik gözəlliyini qoruyaraq təhlükəsizliyi təmin edən məhəccərlər, həm iç, həm də çöl məkanlarda rahatlıqla istifadə oluna bilər. Şüşə məhəccərlərdə istifadə olunan temperli və laminə şüşələr, müasir dövrün pilləkən və eyvanlarının əvəzolunmaz bir hissəsi olaraq, olduqca möhkəm və etibarlıdır.
Peşəkar heyət
Premium Glass, peşəkar mühəndis və usta heyəti ilə sifarişlərin vaxtında icra olunmasını, konsultasiyasını, etibarlı və güvənli çatdırılma və quraşdırılmasını təmin edir.




ÜSTÜNLÜKLƏRİ
Şüşə zamanın təsirinə davamlıdır. Şəffaflığını itirmir, deformasiyaya uğramır və qüsursuz formasını saxlayır. Xüsusi qayğı tələb olunmur. Səthi vaxtaşırı xüsusi vasitələrlə asanlıqla təmizləyə bilərsiniz.
XÜSUSİYYƏTLƏRİ
Bugün pilləkənlər bir çox evlərin, ofislərin və digər binaların ayrılmaz hissəsidir. Məhəccərlər onların məcburi komponentləridir, hərəkəti asanlaşdırır və təhlükəsizlik təmin edir. Korroziyaya davamlıdır, bu da alüminium məhəccərlərin açıq havada istifadə etməyə imkan verir. Rəng müxtəlifliyi ilə fərqlənir. Ağır yüklərə və temperatur dəyişikliklərinə məruz qalmaq qabiliyyətinə malikdir.

