Cəbhə (Şüşə Fasad) sistemləri


Təbii işıq
Alüminium-şüşə cəbhə sistemləri məkanın daha çox təbii işıq almasına şərait yaratmaqla yanaşı, divarların xaricində qalan panoramik mənzərini interyerin bir hissəsinə çevirərək məkanın aurasını gözəlləşdirməyə imkan verir. Müxtəlif struktur və memarlıq üslublarına uyğun xüsusi dizayn edilmiş alüminium-şüşə cəbhə sistemi həlləri ilə, Premium Glass bütün layihələrinizə estetik gözəllik qatacaq.
Düzgün parametrlər
Şüşə cəbhə sistemlərinin tətbiq olunduğu yerə görə parametrləri düzgün hesablanmalıdır. Ölçüyə uyğun profil genişliyi və ət qalınlığı, tərkibi, boyası, istifadə olunan mexanizmlər, izolyasiya materialları, şüşəsi və s. xüsusiyyətlər işin keyfiyyətində önəmli dərəcədə təsirlidir. Konstruksiyanın üzərinə düşən külək yükü, dənizkənarı və ya dağüstü yerləşməsi, istidən profillərin genişləmə payı kimi amillər nəzərə alınmalıdır. Tətbiq olunan profillər və istifadə oluna biləcək şüşələr də xüsusi tərkibli ola bilər.




Qapaqlı cəbhə sistemi
Qapaqlı cəbhə sistemi xarakterik xüsusiyyəti cəbhə kənarından alüminium profillərin görünməsidir. Kənardan baxanda şüşələr bir çərçivə içərisində görünür. Silikon cəbhədən fərqi bu şüşələr üzərindəki alüminium profillərin qapaq kimi görünməsidir. Cəbhədə qanad açmaq tələb olunduqda, profillərin görünməyəcəyi şəkildə gizli qanad tətbiqi həyata keçirilir. Qapaqlı cəbhə sistemində, xarici səthdə istifadə edilən müxtəlif ölçülərdəki alüminium qapaq profili, memarların tələblərinə görə müxtəlif geometrik formalarda ola bilər. İç və çöl tərəflərdən ayrı rənglərə boyanaraq, iç profilləri interyerə, çöl profilləri isə eksteryer dizayna uyğun istənilən rəngə boyamaq mümkündür.
Silikon cəbhə
Silikon cəbhə, kənardan tamamilə şüşə görüntüsü verməklə fasadın quruluşuna bütöv bir gözəllik bəxş edir. Bu sistemdə şüşə kasetlər arasında incə (16mm) hava boşluqları mövcud olur və xaricdən alüminium profillər görünmür. Silikon cəbhə sistemi, binalara yüksək prestij və zəngin cəbhə görünüşü qazandırdığı üçün çox seçilir. İstənildiyində qanad profili tətbiq edilərək gizli qanad mexanizmləri yerləşdirilə bilər. Tətbiq oluna biləcək şüşə həm şəffaf, həm də istənilən rəngdə və tərkibdə ola bilər. Zərbəyə davamlı temperli şüşələr tətbiq olunur.

